Türkiyə I liqasında XXIX turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Oyun Coşqunun komandasının qələbəsiylə başa çatıb.
Görüşə start heyətində başlayan Diniyev sona qədər meydanda olub. O, 38-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılmaqla, növbəti tur cəzalı duruma düşüb.
Aktivində 42 xalı olan “Çorum” hazırda 8-ci yerdədir.
Türkiyə I Liqası
XXIX Tur
9 mart
Gənclərbirliyi – Çorum 1:2
Qollar: L.Qauço, 71 – A.Akkaynak, 32, E.Karadağ, 53