EN

""Starlink" olmasaydı ruslar indi Polşa ilə sərhəddə olardılar" — ABŞ dövlət katibi

“ABŞ Ukraynanı "Starlink" peyk rabitə sistemindən ayırmaq niyyətində deyil, bunsuz Kiyev münaqişəni uduzardı”.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində məlumat verib.

O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rəqəmsallaşdırma Nazirliyinin “Ukrayna üçün "Starlink"ə ildə təxminən 50 milyon dollar ödədiyini” iddia edən bəyanatını şərh edib: "Siz sadəcə uydurursunuz. Heç kim Ukraynanı "Starlink"dən ayırmaqla hədələməyib. Siz minnətdar olmalısınız, çünki "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardılar", - ABŞ dövlət katibi vurğulayıb.

Chosen
31
9
demokrat.az

10Sources