ABŞ Prezidenti Donald Tramp Amerika təhsilini və Təhsil Nazirliyini "dünyanın ən pisi" adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu sözləri "Fox News" telekanalına müsahibəsində deyib .
"Biz məktəbləri ştatlara qaytarmaq istəyirik, çünki biz sözün həqiqi mənasında dünyanın ən pis təhsil qurumuna və təhsilinə sahibik" - deyə, Tramp qeyd edib.
Tramp administrasiyası hələ bu il fevralın əvvəlində Təhsil Departamentini ləğv edəcəyini açıqlamışdı.