Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alnıb.
Belə ki, hərəkətdə olan minik avtomobili digər avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində bir nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.