EN

Psoriaz və ekzema üçün faydalıdır, sızanaq yaradan bakteriyaları yox edir: 1 damlası bəs edir

Psoriaz və ekzema üçün faydalıdır, sızanaq yaradan bakteriyaları yox edir:

Ardıc qatranı təbii antiseptik və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Doğru istifadə edildikdə, müxtəlif dəri və saç problemlərinin həllində təsirli olur.

Emlakbazari.az

Dəri sağlamlığı üçün faydaları

Psoriaz (sədəf) və ekzema üçün faydalıdır. Dəridəki iltihabı azaldır, qaşıntını aradan qaldırır və dərini sakitləşdirir. Antibakterial təsiri sayəsində sızanaqlara səbəb olan bakteriyaları məhv edərək dərinin təmiz qalmasına kömək edir.

Saç sağlamlığına təsiri

Kəpək və saç tökülməsinin qarşısını alır. Baş dərisini nəmləndirir, saç köklərini gücləndirir və sağlam saçların böyüməsinə dəstək olur.

Digər sağlamlıq faydaları

İltihab əleyhinə təsiri sayəsində oynaq ağrılarını azaldır. Antiseptik xüsusiyyətləri ilə yaraların infeksiyalaşmasının qarşısını alır və sağalmanı sürətləndirir.

İstifadə qaydaları

Dəriyə tətbiq etməzdən əvvəl onu zeytun yağı kimi daşıyıcı yağla qarışdırmaq məsləhətdir. Saç üçün istifadə zamanı baş dərisinə masaj edilib 15-20 dəqiqə saxlanmalı, sonra yaxalanmalıdır.

Diqqət edilməli məqamlar

Hamilə və süd verən qadınlar həkim məsləhəti olmadan istifadə etməməlidirlər, çünki uşaqlıq yoluna stimullaşdırıcı təsir göstərə bilər. Böyrək problemləri olan şəxslər ehtiyatlı olmalıdır. Allergik reaksiyalara səbəb ola biləcəyi üçün ilk dəfə istifadə edərkən az miqdarda test etmək tövsiyə edilir.

Qeyd: Məqalə yalnız məlumat məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
6
e-saglam.az

1Sources