EN

İsrail ordusu Suriyada silah anbarını VURDU

İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbindəki Laziqiyyə vilayətinin Qardaha şəhəri yaxınlığındakı silah anbarına zərbələr endirib.

Parol.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, bu obyekt Bəşər Əsəd dövründə Suriya silahlı qüvvələrinin istifadə etdiyi silahların saxlanması üçün nəzərdə tutulub.

Ordunun mətbuat xidmətinin bəyanatında İsrail ordusunun bölgədəki hadisələri izləməyə davam etdiyi və İsrail Dövlətinin vətəndaşlarını qorumaq üçün lazımi tədbirlər görəcəyi qeyd olunub.

Chosen
54
1
parol.az

10Sources