EN

Suriyanın qərbindəki toqquşmaların araşdırılması üçün komitə yaradılıb

Bakı, TurkicWorld

Suriya hökuməti sahil bölgəsindəki toqquşmaları araşdırmaq üçün müstəqil komitə yaradıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Suriya prezident administrasiyasının verdiyi açıqlamada deyilir.

Qeyd edək ki, toqquşmalar artıq dörd gündür davam edir və indiyə qədər 1000-dən çox insan həyatını itirib. Ölənlərin əksəriyyətinin mülki şəxslər olduğu bildirilib.

Döyüşlər, keçmiş prezident Bəşər Əsədin sahil bölgəsindəki keçmiş istehkamında baş verdiyi və hazırda bölgədə gərginliyin yüksək səviyyədə olduğu qeyd edilib.

Suriya Daxili İşlər Nazirliyi Tartus bölgəsinə əlavə qüvvələrin göndərildiyini elan edib. Nazirliyin qısa açıqlamasında bu addımın bölgədə asayişi təmin etmək, sabitliyi gücləndirmək və sakitliyi bərpa etmək məqsədini daşıdığı bildirilib.

Bundan əlavə, optik kabellərin zədələnməsi səbəbindən Dəra və Süveyda əyalətlərində rabitə və internet xidmətləri dayandırılıb.

Dəra Telekommunikasiya İdarəsinin rəhbəri Əhməd Həriri, bu problemin dəfələrlə təkrarlanan hücumlar nəticəsində baş verdiyini bildirib.

Chosen
24
turkic.world

1Sources