EN

Tovuzda avtomobil traktorun qoşqusuna çırpıldı - Ölən var

Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.   Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb. Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
8
manset.az

10Sources