EN

Azərbaycan Basketbol Liqasında tura yekun vuruldu

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün son qarşılaşmasında “Sumqayıt” “Ordu”nu sınağa çəkib.

Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin 122:116 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün keçirilmiş ilk oyunda “Gəncə” “Lənkəran”ı məğlub edib – 90:76.

Qeyd edək ki, turun əvvəlki görüşlərində NTD “Naxçıvan”ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, “Abşeron” “Sərhədçi”ni 77:75 hesabları ilə üstələyib.

Chosen
3
2
yenicag.az

3Sources