Fevral ayında Latviya hakimiyyəti Estoniya vətəndaşı, dəmir yolu həvəskarı və fotoqraf Mattias Rikki casusluqda şübhəli bilinərək həbs edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
Qeyd edilib ki, Estoniya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mixel Tamm nazirliyin insidentdən xəbərdar olduğunu və Latviya rəsmilərinin bu barədə onları xəbərdar etdiyini təsdiqləyib.
Latviya Prokurorluğu və Milli Təhlükəsizlik Agentliyi bu xəbərlə bağlı “Delfi”nin sorğularına cavab verməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”