EN

Suriyadakı qarşıdurmalarda 230-dan çox hərbçi ölüb

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı toqquşmalarda 231 hökumət döyüşçüsü həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına təhlükəsizlik mənbəsi məlumat verib.

 

“Sahil boyu əməliyyatlar zamanı Müdafiə Nazirliyinin və Təhlükəsizlik Xidmətinin 231 əməkdaşı həlak olub”, - məlumatda deyilir.

 

Daha onlarla hərbçinin itkin düşdüyü də qeyd edilir.

Chosen
24
2
sfera.az

3Sources