EN

Tovuzda ağır qəza: sürücü öldü

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Qovlar qəsəbəsində baş verib.

İlkin məlumata görə, İlham Rüstəmovun idarə etdiyi "VAZ2107" markalı maşın yük avtomobilinin qoşqusuna çırpılıb.

Hadisə nəticəsində minik maşınında olan bir nəfər həyatını itirib.

Məlumat üçün qeyd edək ki, həlak olan şəxsin bir ay sonra toyu olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
1
axar.az

10Sources