EN

Senator Qrem Rusiya əleyhinə yeni sanksiyalar layihəsini təqdim edəcək

Senator Lindsey Qrem Rusiyanın bank və enerji sektorlarına qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı ABŞ Konqresinə qanun layihəsi təqdim edəcəyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə o, Fox News nəşrinə müsahibəsində danışıb.

Siyasətçi vurğulayıb ki, bu tədbirlərin məqsədi Rusiyanı dinc danışıqlara və hərbi əməliyyatları dayandırmağa məcbur etməkdir

Qrem həmçinin ABŞ-nin Ukraynaya hərbi yardım və kəşfiyyat təminatının mümkün kəsilməsindən narahatlığını ifadə edib. O, bu qərarların Kiyev üçün mənfi nəticələrinin riskini qeyd edib və bu ssenarini Əfqanıstandakı vəziyyətlə müqayisə edib.

“Zelenski Ağ Evdə hər şeyi məhv etdi. Döyüşlər davam edərkən Ukraynanı kəşfiyyat məlumatları və silahlarla təmin etməkdən imtina etmək məni narahat edir. Əgər biz Ukraynanın elektrik enerjisini kəssək, bu, Əfqanıstandan qat-qat pis ola bilər”,  Qrem deyib.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources