EN

Bakının bu rayonunda işıq olmayacaq

Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin mərkəzi hissəsində, eləcə də Oqtay Şabanov və Elçin Məmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
58
45
unikal.az

10Sources