Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov rus qoşunlarının, o cümlədən Axmat xüsusi təyinatlı dəstələrinin Kursk istiqamətində uğurla irəlilədiyini açıqlayıb...
Poliqon xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat paylaşıb
Kadırov Axmat-Çeçenistan alayının bölmələri tərəfindən Martınovka kəndinin uğurla təmizləndiyini, həmçinin Axmat, 30 KOB və digər birləşmələrin birgə səyləri nəticəsində Çerkassı Poreçnı, Kositsa və Pravda kəndlərinin Ukrayna qoşunlarından tam azad edildiyini qeyd edib.
“Son günlərdə düşmənin işğal etdiyi Sudja şəhərini hər tərəfdən nəzarətə götürmək və Ukrayna Silahlı Qüvvələrini bu məskunlaşmış ərazidən sıxışdırmaqda davam etmək imkanı yaranıb”, Çeçenistan rəhbəri bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Rusiya hərbçiləri Malaya Loknya, Çerkası Poreçnoye və Kositsanı azad edib. Eyni zamanda bildirilirdi ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətində Ukrayna ordusunu məğlub etməkdə davam edir.
Poliqon.info