EN

“Mən düşünmürəm ki, bu komandanı belə bir şey gözləyir”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand cari mövsümün sonunda “Mançester Siti”nin Çempionlar Liqasına düşməməsi ehtimalı haqqında fikirlərini bölüşüb.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, sabiq futbolçu, “Mançester Siti”ni belə bir şeyin gözlədiyinə inanmadığını deyib:

“Bu, Pep Qvardiolanın düşündüyü tək şeydir. Pep heç vaxt başqa bir turnirin himnini eşitməyib.

Yalnız Çempionlar Liqasının səsləri ona tanışdır. O, Avropa Liqasının himnini eşitsə, harada olduğunu anlamaz.

Mən düşünmürəm ki, “Mançester Siti”ni belə bir şey gözləyir. Xüsusən də, komandanın keyfiyyəti və təcrübəsi nəzərə alındığında”.

“Şəhərlilər” Premyer Liqada 28 oyundan sonra 47 xal toplayıb və turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

Chosen
29
sportinfo.az

1Sources