EN

Ukrayna "IRIS-T" müdafiə sistemi istehsalçısı ilə memorandum imzalayıb

Ukraynanın müdafiə naziri Rustem Umerov İris-T hava hücumundan müdafiə sisteminin istehsalçısı Almaniyanın Diehl Defence şirkəti ilə anlaşma memorandumu imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, Ukraynanın hava hücumundan müdafiə qalxanının mühüm hissəsi olan IRIS-T sisteminin istehsalçısı Diehl Defence ilə anlaşma memorandumu imzalanıb. İmzalanan sənəd hava hücumundan müdafiə imkanlarını gücləndirəcək böyük sənaye layihələrinə yol açır.

Nazirlik qeyd edib ki, memorandum raket və hava hücumundan müdafiə sistemlərinin tədarükünün üç dəfə artırılmasını nəzərdə tutur.
Nazirlik hüquqi qüvvəyə malik olan müqavilənin nə vaxt imzalanacağını, çatdırılmaların nə vaxt həyata keçiriləcəyini və nə qədər başa gələcəyini açıqlamayıb.

Chosen
6
ucnoqta.az

1Sources