Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin 1-ci Liqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, onun komandası "Çorum" 29-cu turda "Gənclərbirliyi"nin qonağı olub.
Oyun "Çorum"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start "11-lik"də yer alan Coşqun sonadək mübarizə aparıb.
Qeyd edək ki, 42 xal toplayan "Çorum" turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.