Enerjidoldurma məntəqəsi var amma işləmir.
Xezerxeber.az xəbər verir ki, son zamanlar paytaxta elektromobil sürücüləri bu hallarla tez-tez qarşılaşdıqlarını deyirlər. Belə ki, bir müddət əvvələ qədər enerji məntəəqləri az idisə,artıq sayları artıb, lakin bəzilərində nasazlıqlar yaşanır.
Sürücülər onu da bildirirlər ki, Bakıətrafı kənd və qəsəbələrdə enerjidoldurma məntəqələrinin sayı da azdır. Mövcud olanlara isə ciddi nəzarət edilmir.
Nəqliyyat eksperti Yasin Mustafayev isə düşünür ki, bu sahədə fərdi sahibkarların marağını artırmağa ehtiyac var.
Məlumat üçün bildirək ki, sahibkarları elektrik enerjisini kilovat-saata görə 12,5 qəpik qiymətinə alırlar. Lakin bu məntəqələrdə elektrik enerjisinin satış qiymətləri sahibkarlar tərəfindən sərbəst şəkildə, rəqabət şəraitinə uyğun müəyyən edilir.
Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â
Â