EN

Kurskda ağır döyüşlər gedir - Rusiyadan inanılmaz ƏMƏLİYYAT - VİDEO

Rusiya ordusu bazar günü Kursk vilayətinin Sudja şəhərində Ukraynaya qarşı genişmiqyaslı hücuma keçib.

Turkustan.az-ın məlumatına görə, hər iki tərəfin rəsmi və qeyri-rəsmi kanalları məlumatı təsdiq edib.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, xüsusi təyinatlı qüvvələr qaz kəməri vasitəsilə şəhərə daxil olaraq Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edib. Ancaq Ukrayna Silahlı Qüvvələri (USQ) bu iddianı təkzib edir və bildirir ki, Rusiyanın xüsusi təyinatlı dəstələri vaxtında aşkar edilərək bloklanıb və məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videogörüntülərə görə, Rusiya PUA-ları Sudjadan geri çəkilən Ukrayna hərbçilərinin avtomobil kolonunu hədəf alıb. Nazirlik, həmçinin Kursk vilayətində Ukrayna qüvvələrinin nəzarətində olan üç yaşayış məntəqəsinin—Mala Lökniya, Çerkasskoye Poreçnoye və Kositsanın Rusiyanın "Şimal" qruplaşması tərəfindən ələ keçirildiyini bəyan edib.

Rusiyayönümlü hərbi bloqçularının məlumatına görə də, Rusiya ordusu qaz kəmərinin içi ilə Sudja yaxınlığına qədər irəliləyərək Ukrayna qüvvələrinə arxadan zərbə endirib. Onların iddiasına görə, bəzi xüsusi təyinatlılar kəmərin içində bir neçə gün gözləyib və qəfil hücuma keçib.

Ukrayna tərəfi, həmçinin Rusiya ordusunun Sudjanın ətrafında möhkəmlənmək cəhdlərinin uğursuz olduğunu bildirib.

Rusiya hərbi bloqçusu Yuri Podolyaka Sudjada döyüşlərin bütün gecə boyu davam etdiyini bildirib. Digər bloqçu Yuri Kotenok isə Rusiya qüvvələrinin hazırda Sudjanın şimal-şərq hissəsində, xüsusilə Lomonosov küçəsində və sənaye zonasında döyüşdüyünü qeyd edib.

Ukrayna və Rusiya mənbələri fərqli məlumatlar yayır və hər iki tərəf Sudja uğrunda döyüşlərdə üstünlük əldə etdiyini iddia edir. Bununla belə, son həftələrdə Rusiya ordusu Kursk cəbhəsində Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edib və on minlərlə Ukrayna əsgərinin mühasirəyə düşmə riski artıb. Hazırda Sudja və ətraf bölgədə vəziyyət gərgin olaraq qalır. /Modern.az/

Chosen
3
1
turkustan.az

2Sources