ABŞ Prezidenti Donald Tramp əvvəlki prezidentlik dövründə həqiqətən də Rusiyaya qarşı çox addımlar atıb.
Parol.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Trampın birinci prezidentliyi dövründə Rusiyaya qarşı tətbiq etdiyi sanskiyaları, Ukraynaya hərbi yardımları xatırladıb.
"Həqiqətən, hamı yaxşı xatırlayır ki, Trampın əvvəlki prezidentlik dövründə bir çox sanksiyalar tətbiq edilib, Ukraynaya silah tədarükü başlayıb. Bu, həqiqətən də baş verib. Bu baxımdan Trampla ancaq razılaşmaq olar", - Kremlin sözçüsü vurğulayıb.