EN

"Roma" ilk dəqiqədə vurduğu qolla qələbə qazandı - VİDEO

İtaliya A Seriyasında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Roma" səfərdə "Empoli"nin qonağı olub. Paytaxt təmsilçisi ilk dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanaraq 3 xalı aktivinə yazdırıb.

Qeyd edək ki, ardıcıl 5-ci qələbəsini qazanan "Roma" 46 xalla 7-ci pillədə qərarlaşıb.

"Empoli" - "Roma" 0:1

Qol: M.Soule,1

saytlarin hazirlanmasi

Chosen
46
sportal.az

1Sources