EN

Milli komandanı dəyişmək istəyir – Tanınmış hücumçu

“Marsel”in və İngiltərə yığmasının hücumçusu Meyson Qrinvud milli komandasını dəyişmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu valideynlərinin olduğu Yamaykanın millisində oynamaq niyyətindədir.

Müvafiq sorğu artıq təqdim olunub və Yamayka Futbol Federasiyasından cavab gözlənilir.

Lakin şübhəsiz, onlar çətin ki, belə perspektivli futbolçunu əldə etmək fürsətini əldən versinlər. Bu isə o deməkdir ki, Qrinvud artıq İngiltərə millisində oynamaya bilər.

Yamayka millisi tarixində yalnız bir dəfə dünya çempionatının final mərhələsində iştirak edib və bu, 1998-ci ildə olub.

Chosen
76
7
sportinfo.az

10Sources