EN

Mask polşalı naziri "kiçik adam" adlandırdı

İlon Musk Polşanın xarici işlər naziri Radoslav Sikorskinin tənqidlərinə cavab verib.

“İki sahil” xəbər verir ki, Sikorski ölkəsinin rəqəmsallaşdırma nazirliyinin Ukrayna üçün “Starlink”ə ildə təxminən 50 milyon dollar ödədiyini bildirib və “SpaceX”i Kiyevi sistemdən ayırmaq istəyinə görə tənqid edib.

Mask Sikorskinin “X”dəki paylaşımına cavabında yazıb: “Sakit ol, balaca adam. Xərclərin cüzi hissəsini ödəyirsən. “Starlink”in əvəzi yoxdur”.

ABŞ dövlət katibi Marko Rubio da öz növbəsində yazıb ki, ABŞ Ukraynanı "Starlink" peyk rabitə sistemindən ayırmaq niyyətində deyil.

Chosen
30
2
ikisahil.az

10Sources