Lüksemburq şahzadəsi Frederik mitoxondrial xəstəliklə uzun sürən mübarizədən sonra martın 1-də 22 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya rəsmi açıqlamada bildiriblər.
Gənc şahzadə fevralın 28-də yaxınları ilə vidalaşdıqdan sonra vəfat edib. Valideynlərinin dediyinə görə, hətta fiziki vəziyyətinin kəskin şəkildə pisləşdiyi son günlərində də Frederik iradəli idi:
“O, sona qədər yumor hissini qoruyub və başqalarına qayğı göstərib”.
Qeyd edək ki, Frederikə 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, maddələr mübadiləsini pozan nadir genetik xəstəlikdir.