EN

Musk Ukraynanı "Starlink" sistemindən ayırmayacağını bildirir

Musk Ukraynanı "Starlink" sistemindən ayırmayacağını bildirir

"SpaceX" sahibi İlon Mask Ukraynanı "Starlink" peyk rabitə sistemindən ayırmaq fikrində olmadığını bildirib."Mən çox aydın olmaq istərdim: Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, "Starlink" heç vaxt terminallarını söndürməyəcək. Sadəcə demək istəyirəm ki, "Starlink" olmadan Ukrayna cəbhə xətləri dağılacaq, çünki Rusiya bütün digər kommunikasiyaları tıxaya bilər. Biz bunu heç vaxt etməzdik və bu vəziyyətdən sövdələşmə predmeti kimi istifadə etməyəcəyik", - deyə o X-də yazıb.Mask Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə də cavab verib. Radoslav Sikorski bundan əvvəl bildirib ki, Mask Ukraynada "Starlink"i bağlasa, Varşava Kiyev üçün yeni peyk rabitəsi təchizatçısı tapacaq. İlon Mask isə Sikorski “kiçik adam” adlandıraraq Polşanın "Starlink"in Ukraynadakı xərclərinin “kiçik bir hissəsini” maliyyələşdirməyə çağırıb.

Chosen
32
1
afn.az

2Sources