EN

Rusiyada bir milyon rubla nadir "Pobeda" maşını satılır

Rusiyanın Sısert şəhərində nadir QAZ-M-20 "Pobeda" avtomobili satışa çıxarılıb.

hakimiyyet.az Ura.ru-ya istinadla xəbər verir ki, 1955-ci ildə buraxılan maşın bir milyon rubla, təxminən 19 min manata satılır.

"Pobeda"nın vəziyyətinin texniki cəhətdən yaxşı olduğu bildirilir. Onun kilometrajı min kilometrdən azdır.

Qeyd edək ki, QAZ-M-20 "Pobeda" 1946-1958-ci illərdə istehsal edilmiş sovet minik avtomobilidir.

Chosen
12
1
hakimiyyet.az

10Sources