EN

Suriya hakimiyyəti vətəndaşların qətlində əli olanları cəzalandıracaq

Suriya hakimiyyəti vətəndaşların qətlində əli olanları cəzalandıracaq

Suriyanın yeni hakimiyyət orqanları ölkənin qərbində baş verən toqquşmalarda iştirak edən, mərkəzi hökumətin adından çıxış edərək dinc əhaliyə qarşı qırğınlar törədən şəxsləri məsuliyyətə cəlb edəcək. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa deyib."Mülki insanları öldürən, xalqımıza zərər vuran, dövlət səlahiyyətlərindən sui-istifadə edən və ya öz məqsədlərinə çatmaq üçün gücdən istifadə edən hər kəsi qətiyyətlə və mərhəmət olmadan cəzalandıracağıq. Heç kim qanundan üstün deyil, ona görə də əlləri suriyalıların qanına bulanan hər kəs gec-tez ədalət qarşısında cavab verəcək", - Əl-Şara xalqa müraciətində deyib.Qeyd edək ki, son günlər Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətin tabeliyində olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 800-ü ötüb, əksəriyyəti Ələvi icmasına mənsubdur.

Chosen
33
afn.az

1Sources