EN

Tramp ABŞ-nin dünyada ən pis təhsil verdiyini etiraf edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Təhsil Nazirliyi və təhsili dünyada ən pis sistemdir".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
Ondan Təhsil Nazirliyinin ləğvi ilə bağlı planlardan danışmağı xahiş ediblər.
"Biz məktəbləri ştatların hakimiyyətinin idarəetməsinə qaytarmaq istəyirik, çünki sözün əsl mənasında dünyanın ən pis Təhsil Nazirliyi və təhsilimiz var. Biz siyahının sonundayıq, lakin bir şagirdin təhsilinə ayrılan xərcə görə birinci yerdəyik. Biz istəyirik ki, ştatlar məktəbləri idarə edə bilsinlər və onlar heç də dünyanın ən yaxşı nazirliklərindən geri qalmayacaqlar", - prezident vurğulayıb.
Tramp bildirib ki, ləğv edildikdən sonra Təhsil Nazirliyinin bəzi funksiyaları Maliyyə Departamentinə, Ticarət Departamentinə və ya Kiçik Biznes Administrasiyasına verilə bilər.
Chosen
24
1
oxu.az

10Sources