EN

Tramp: Kiyev hələ də sülh üçün kifayət qədər istək nümayiş etdirməyib

Ukrayna hakimiyyəti indiyədək münaqişənin sülh yolu ilə həlli üçün kifayət qədər istək nümayiş etdirməyib.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp deyib.

Floridadan Vaşinqtona qayıdan prezident təyyarə göyərtəsində “Kiyev Vaşinqtonla resurslara dair saziş imzalayacağı təqdirdə ABŞ Ukraynaya yardımı bərpa edəcəkmi” sualına cavabında deyib:

“Düşünürəm ki, onlar resurs sazişi imzalayacaqlar. Amma mən onların sülh istəmələrini istəyirəm. Hazırda bunu lazım olan dərəcədə göstərmirlər. Hələ ki, bunu etməyiblər, amma düşünürəm ki, bu, yaxın iki-üç gün ərzində bəlli olacaq”.

Chosen
17
50
report.az

10Sources