EN

KİV: Britaniya ABŞ danışıqlarından əvvəl Ukrayna rəsmilərinə məlumat verir

KİV: Britaniya ABŞ danışıqlarından əvvəl Ukrayna rəsmilərinə məlumat verir

Britaniya tərəfi Səudiyyə Ərəbistanında Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna rəsmilərinə məsləhətlər verir. AFN.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.Bildirilir ki, Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel ötən həftə sonu Ukraynaya səfər edib və Vladimir Zelenskiyə Kiyev nümayəndələrinin amerikalılarla danışıqlarda necə davranması barədə göstəriş verib. Qeyd olunur ki, Pauell ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ilə də telefon danışığı aparıb və bu zaman o, Vaşinqtonla Kiyev arasında kəşfiyyat mübadiləsinin bərpasının lehinə danışıb.Nəşrin yazdığına görə, London hesab edir ki, Tramp administrasiyasının kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarının geri qaytarılmasına nail olmaq, Amerikanın Ukraynaya silah tədarükünün bərpasına nail olmaqdan daha asan olacaq. Qəzet bu mövzunun yaxın günlərdə Vaşinqtona səfər edəcək Böyük Britaniyanın baş naziri Keyr Starmer ilə NATO-nun baş katibi Mark Rutte arasında söhbət zamanı da qaldırıldığını vurğulayıb."The Times"ın qeyd etdiyi kimi, Pauell Zelenskiyə Rusiyanın sülhə maneə olduğu təəssüratı yaradaraq ABŞ-la danışıqlar aparmağı tövsiyə edib. Martın 4-də Zelenski dənizdə atəşkəsin yaradılmasını, enerji obyektlərinə zərbələrin dayandırılmasını və əsir mübadiləsinin aparılmasını təklif edib. "Sky News"un məlumatına görə, Zelenski bu təşəbbüsü açıqlamazdan əvvəl Starmerlə məsləhətləşib.

Chosen
25
1
afn.az

1Sources