EN

“Sənəti heçnə edib qoyublar”

“Hazırda bu sənətdə ağ qaraya, qara da ağa qarışıb. Nə zamana kimi onların yerləri səhv düşəcək? Qaranın yeri bilinməlidir də... Gülməli və biabırçı vəziyyətdir. Orada nə söz nə də musiqi var. Heyif... 30 ildir bu sənətdəyəm. Mən bu sənətə gələndə bu sənəti belə bilmirdim. Mən biznes insanı deyiləm. Sənət üçün bu sənətə gəlmişəm. Mən başqa yol bilmirəm yalnız oxumağı bacarıram. Bu sənətə o qədər əlçatmaz kimi baxırdım. İndi isə bu sənəti heçnə edib qoyublar. Bu faciədir!”

OLAY yazır ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.

Müğənni bildirib ki, bayağılığın qarşısı alınmasa bu sənət yox olacaq:

“Bu bir xalqın və incəsənətin yox olması, ölməsidir. Kütləyə nə verirsənsə o da onu götürür. Biz çalışmalıyıq ki, kütləyə gözəl və keyfiyyətli işlər təqdim edək. Bu sahənin adı incəsənətdir. Buna başqa ad vermən olmaz. Bir xalqı məhv etmək istəyirsənsə birinci onun mədəniyyətini və incəsənətini əlindən al. Müğənni var ki, efirə çıxır və aparıcı başlayır onu tərifləməyə. O müğənni heç o tərifə layiq də deyil. Onu tərifləməklə ona yaxşılıq yox, pislik edirsən. Sən onun səhvlərini de, qoy düz yolu tapsın. Allah özü kömək olsun!”

İsgəndərli bu özbaşnalığın qarşısını almaq üçün efir vasitəsi ilə sənət aləminin “ağsaqqalları”na səslənib:

“Siz axı niyə çəkilib, dayanmısınız kənarda? Siz bu sənətə ömrünüzü, illərinizi fəda etmisiniz. Siz gəlin bizdə sizin arxanızca gələk. Sənətdə bir böyük olmalıdır. Böyük olmalıdır ki, bu kütləni, gəncləri özü ilə düz yol ilə aparsın. Sözünü, özünü, sənəti bilən. Çox sözlər danışa bilərəm. Sonra isə kimlərinsə xətrinə dəyəcək. Düşünürəm ki, arifə bir işarə kifayyətdir bu sözlərimi düzgün şəkildə anlasın”.

Chosen
31
olay.az

1Sources