EN

Kanadanın yeni baş naziri Vaşinqtona xəbərdarlıq edib

“Kanada heç vaxt ABŞ-nin bir hissəsi olmayacaq”.

“Report” xəbər verir ki, bu barədə Kanadanın hakim Liberal Partiyasının yeni lideri, tezliklə ölkənin baş naziri olacaq Mark Karni deyib.

“Amerika Kanada deyil və Kanada heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq. Bu mübahisəni biz başlamamışıq. Ticarətdə, xokkeydə olduğu kimi, Kanada qalib gələcək”, - deyə siyasətçi bildirib.

O, ABŞ-yə güvənmədiyini deyib: “Bilirəm ki, bu qara günləri bizə artıq etibar edə bilməyəcəyimiz bir ölkə gətirib. Birləşərək sarsıntıdan çıxa biləcəyik. Sizə söz verirəm ki, biz birlikdə bu böhranın öhdəsindən gələcəyik”.

Chosen
51
2
azpolitika.info

10Sources