Salyanda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə 32 ədəd üçotaqlı mənzil veriləcək.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi Natiq Hüseyn oğlu Əlisoy ilə müqavilə bağlayıb.
Mənzillərin ümumi dəyəri 2 197 760 AZN-dir. Mənzilin birinin dəyəri isə 68 680 manatdır.