Lüksemburq şahzadəsi Frederik 22 yaşında vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya rəsmi açıqlama verib.
Frederik martın 1-də maddələr mübadiləsinə təsir edən nadir genetik xəstəlik olan mitoxondrial xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, ona 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, hüceyrə orqanoidlərinin - mitoxondrilərin disfunksiyası nəticəsində yaranan bir xəstəlikdir.