EN

Tovuzda VAZ yük maşını ilə toqquşdu: 1 ölü var - FOTO

Tovuzda minik avtomobili ilə yük maşınının toqquşması ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib. 

Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov hərəkətdə olarkən idarəetməni itirib və “VAZ-2107” markalı avtomobil yol kənarında dayanan “KamAZ” markalı yük maşınına çırpılıb. 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı ağır xəsarətdən hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu 

Chosen
7
1
bizim.media

10Sources