EN

İnsult keçirməyinizə bir həftə qaldığının 3 qeyri-adi əlaməti

E-saglam.az xəbər verir ki, beynə qan axınının kəsilməsi nəticəsində beyin hüceyrələri ölür və bu da düşünmə, hiss etmə və hərəkət qabiliyyətinə ciddi təsir göstərə bilər. İnsultun təsiri zədənin beynin hansı hissəsində baş verməsindən və şiddətindən asılıdır.

İnsult əlamətlərini erkən tanımaq həyati əhəmiyyət daşıyır. FAST testi üz əzələlərində zəiflik, qolda zəiflik, nitqdə problemlər kimi simptomları yoxlamağa kömək edir və bu hallarda dərhal təcili yardım çağırmaq tövsiyə olunur.

Bəzi əlamətlər isə insultun yaxınlaşdığını bir həftə əvvəldən göstərə bilər. Ani olaraq bədənin bir tərəfində zəiflik və ya uyuşma, danışmada çətinlik, görmə itkisi, yaddaşın pozulması və başgicəllənmə bu cür erkən siqnallar ola bilər. Bunlar keçici işemik hücum (TİA) əlamətləri də ola bilər ki, bu da sonradan insult riskini artırır.

Bundan başqa, müəyyən baş ağrıları insultun yaxınlaşdığını göstərə bilər. Araşdırmalar insultdan əvvəlki yeddi gün ərzində davamlı və şiddətlənən baş ağrılarının tez-tez rast gəlinən bir xəbərdarlıq əlaməti olduğunu sübut edir.

İnsult riskini artıran digər faktor isə atrial fibrilasiyadır (AF). AF nizamsız ürək döyüntüsü yaradır və beyin laxtalanmasına səbəb ola bilər ki, bu da insulta yol açır. AF bəzən heç bir əlamət verməsə də, ürək ritmində pozuntular, yorğunluq və nəfəs darlığı kimi simptomlarla özünü göstərə bilər.

Tərcümə: Könül Oruc


Chosen
17
1
azia.az

2Sources