EN

Şəkidə avtomat satan şəxs tutulub (FOTO)

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsiistiqamətində tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı MübarizBəşirov saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, həminsilaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb.Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığınıbildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı iləM.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib.
Son 1 ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyattədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqlarımüxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həminşəxslər barəsində müvafiq qanunvericiliyə uyğun tədbirlərgörülüb.
Bu istiqamətdə zəruri bilinən əməliyyat tədbirləri davametdirilir.

Şəkidə
Şəkidə
Şəkidə
Şəkidə
Chosen
31
15
az.trend.az

10Sources