EN

Mağazalar nağdsız ödənişdən niyə BOYUN QAÇIRIR?

Azərbaycanda bəzi mağazalarda sahibkarların nağdsız ödənişlərə olan “antipatiya”sı hər kəsə məlumdur. Hətta bəzi satıcılar nağdsız ödənişləri azalmaq məqsədilə vətəndaşlara “Nağd ödəsəz, endirim eliyərəm” deyirlər.

 

Nəyə görə satıcılar bu yola əl atırlar? Belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidirlər?

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.

 

 

“Ümumilikdə, Azərbaycanda satış şəbəkələrində malların 80 faizinin sənədi yoxdur. Yəni sahibkar rəsmi qaydada 10 məhsul alırsa, qeyri-qanuni formada isə 50 məhsul alır. Məlumdur ki, heç bir yoxlayıcı orqan satış şəbəkələrini öncədən şəffaf şəkildə yoxlaya bilmir. Yoxlanmadan əvvəl lazımi orqan sahibkara xəbər göndərməlidir. Bu isə sahibkarların bu barədə müəyyən ört-basdır edici tədbirlər görməsinə gətirib çıxarır”.

Ekspert bildirib ki, sahibkarların bu yola əl atmasının bir sıra səbəbləri mövcuddur.

 

“Azərbaycan hökuməti sahibkarlar üçün, biznes qurmaq üçün çox yaxşı şərait yaradır. Onlar da bundan istifadə edirlər. Bu istifadə üsullarından biri də həmin qeyri-qanuni aldıqları malları yalnız nağd pula sataraq vergidən yayınmaqdır. Əlbəttə, daim onların dövriyyəsində nağd pulun olması üçün də bunu edirlər. Bu onlara müəyyən alış-verişlərdə lazım olur”.

Eyyub Hüseynov son olaraq qeyd edib ki, istehlakçının nağd ödəniş tələb edilməsinə baxmayaraq, nağdsız ödənişi həyata keçirmək və buna üstünlük vermək hüququ var.

 

Demokratikmusavat.com 

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources