EN

Dönmə işığının üstünlük verdiyini düşünən sürücü qəza şəraiti yaratdı- VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-DK-837 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü dönmə işığını yandıraraq güzgüyə baxmadan sol zolağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq ona qəza şəraiti yaradıb. Səs siqnalı ilə xəbərdarlıq olunsa da, sürücü yaranmış vəziyyətə vecsiz yanaşaraq hərəkətinə davam edib.

 

Fərid

Chosen
21
avtosfer.az

1Sources