EN

Suriya təhlükəsizlik qüvvələri Əsəd tərəfdarlarından ibarət silahlı qrupları tam zərərsizləşdirib

Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələri ölkənin qərbində hücumlar təşkil edən keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını zərərsizləşdirə bilib. Bu barədə Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Həsən Əbdül Qani ölkənin sahilyanı əyalətlərində əməliyyatın başa çatdığını elan edərək bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Latakiya vilayətinin bir sıra şəhərlərində və Tartus vilayətinin bir neçə yaşayış məntəqəsində “əvvəlki rejimin qalıqlarının hücrələrini zərərsizləşdirə bilib” və bunun nəticəsində “təhdidlərin qarşısını almaq və regionun təhlükəsizliyini təmin etmək mümkün olub”.

"Biz məhv edilmiş rejimin qalıqlarının və onun zabitlərinin hücumlarını dəf edə bildik və onları təəccüb elementindən məhrum etdik. Biz onların həyati mərkəzlərə çatmasının qarşısını ala bildik və əksər ictimai yolların təhlükəsizliyini təmin etdik", - MN sözçüsü bildirib. “Bu nailiyyətlə biz yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün həyata keçirilən hərbi əməliyyatın başa çatdığını elan edirik, bundan sonra dövlət qurumları öz işini bərpa edə və əhalimizə zəruri xidmətləri göstərə bildilər”, - deyə məlumatda vurğulanıb.

Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən ağır atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib. Hakimiyyət yuxarıda adı çəkilən əyalətlərə ordu hissələri və zirehli texnika göndərib, əsas şəhərlərdə komendant saatı tətbiq edilib. Martın 8-də Suriyanın keçid hökuməti orada təhlükəsizliyi bərpa etmək və keçmiş prezidenti dəstəkləyən silahlı şəxslərin müqavimətini yatırmaq üçün sahilyanı ərazilərə əlavə ordu qüvvələri göndərib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
7
17
oxumeni.az

10Sources