Bu gün Astanada güclü qar fırtınası var, şəhərdən bütün çıxışlar bağlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Şəhər hakimiyyətinin verdiyi məlumata görə, 1600-dən çox xüsusi texnika və 2600 işçi qar təmizləyir.
Bundan başqa, pis hava şəraiti ilə əlaqədar Qazaxıstanın 10 rayonunda magistral yollar bağlanıb və qapalı vəziyyətdə qalan sərnişinlər qatarlar vasitəsilə təxliyə edilir.
Xuraman Etibarlı
İnterpress.az