EN

Ermənistanda daxili gərginlik: Qarabağ klanına Moskvadan göstəriş verilib

İki yarıölü sima məni hakimiyyətə kimin gətirdiyi barədə ətrafı ilə mübahisə edir, bir-birindən həqiqəti deməyi tələb edir.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryan haqda sosial şəbəkə hesabında yazıb.

“Mənə deyin, sizi vaxtı ilə hakimiyyəti kim gətirib, ay Ermənistan xalqının səsini heç vaxt almayan seçici saxtakarları”, - deyə o sual edib.
Paşinyan bu ifadəni keçmiş prezidentlərin onun 2018-ci ildə hakimiyyətə gəlməsinə kimin səbəb olduğu barədə açıq mübahisəsinə cavab olaraq işlədib.

Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Paşinyanın fikirləri əslində Rusiyaya işarədir:

"Zamanında Prezident Levon Ter-Petrosyanı hakimiyyətdən devirən və Robert Köçəryanı gətirən Rusiya olub. Serj Sərkisyan da eyni model üzrə Prezident seçilib. Həmçinin bu gün Bakı həbsxanasında olan və məhkəməsi keçirilən Ruben Vardanyanı Qarabağa gətirərək populyarlaşdırıb bu üsulla Paşinyanın yerinə hakimiyyətə gətirmək istəyirdilər. Ermənistan Baş nazirinin dediklərində tam həqiqət var. Qarabağ klavının nümayəndələrinin heç biri Ermənistanda demokratik seçki keçirməyib. Saxta seçkilər əsasında dörd dönəm hakimiyyətdə qalıblar. Ermənistanda baş verən 1 mart hadisələrini ermənilər hələ də unutmayıb. Küçələrdə insanları güllələyən və bu göstərişi verən Köçəryan idi. Səbəb isə xalqın seçkilərin nəticələrini tanımadığı üçün etirazlara çıxması idi. Ermənistan daxilində çəkişmələr hər zaman olsa da, Qarabağ klavının aktivləşməsi Rusiya-ABŞ münasibətlərinin tənzimlənməsi ilə əlaqədardır. Həmçinin bu əmr Rusiyadan verilib".

Politoloqun sözlərinə görə, Qarabağ klavının aktivləşməsi dolayısı ilə Ukrayna müharibəsi bitdiyi təqdirdə Kremlin əl-qolunu açacaq:
"Bundan sonra Rusiya yenidən Cənubi Qafqazda mövqelərini gücləndirə bilər. Bütün bunlar əslində Münhen Təhlükəsizlik Konfransının ardınca başladı. Konfransda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Avropa Birliyi liderlərini sözdə ciddi tənqid edib Vaşinqtonun artıq onları müdafiə etməyəcəyi bəyanatını verdikdən sonra Qarabağ klanı aktivləşdi. Üstəlik, Köçəryan silsilə müsahibələrlə Nikol Paşinyanı ittiham etdi. Bunun da səbəbi bilavasitə Moskvadan verilən göstəriş idi".
Chosen
2
sherg.az

1Sources