EN

“Dostluq” kinoteatrının yenidən qurulması üçün təkliflərin verilməsi üzrə müsabiqənin nəticələri açıqlanıb

Bakı. Trend:

10 mart 2025-ci il tarixində Azərbaycan Memarlar İttifaqındakeçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması vəsonrakı istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üzrəmüsabiqənin münsiflər heyətinin iclası keçirilib.

Memarlar İttifaqından Trend-ə bildirilib ki, müsabiqə binanın ərazisininistifadəsinə dair ən optimal təkliflərin müəyyən edilməsi məqsədiləelan edilib və mülkiyyətçinin binadan istifadəyə dair yekun qərarqəbul etməsi üçün tövsiyə xarakteri daşıyır.

Müsabiqəyə aparıcı memarlıq büroları, dizayn studiyaları vəmüstəqil mütəxəssislər də daxil olmaqla xeyli sayda iştirakçı cəlbolunub. Təqdim olunan layihələr kreativliyi və innovativyanaşmaları ilə fərqlənib.

Müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilməsi üçünaşağıdakı tərkibdə münsiflər heyəti müəyyən edilib:

Sədr: Xəlil Cəfərov – Azərbaycanın Əməkdar memarı; “XMArxstudiya” Memarlıq və dizayn şirkətinin təsisçisi vədirektoru;

Üzvlər:

Səbinə Hacıyeva – Azərbaycanın Əməkdar memarı, AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsinQorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi,

Orxan Əliyev – Bakı şəhəri İcra Hakimiyyəti BaşçısınınAparatının Ərazinin planlaşdırılması və İnkişafı şöbəsinin Mühəndistəminatı sektorunun böyük məsləhətçisi;

Rasim Babakişiyev – Azərbaycanın Əməkdar memarı; AMİ PeşəkarlıqEtikası Kollegiyasının sədri;

Kamal Musaxanov – Azərbaycanın Əməkdar memarı; “AMİ Proyekt”Yaradıcı Memarlıq Layihə Birliyinin baş memarı.

Münsiflər heyəti üzvləri müsabiqəyə ümumilikdə 86 ərizənin daxilolduğunu, onlardan 19 iş təqdim edilərək qaliblərin müəyyənolunması üçün Münsiflər heyətinin müzakirəsinə verildiyini qeydediblər. Müzakirələr nəticəsində münsiflər heyəti açıq səsverməyolu ilə aşağıdakı nəticəyə gəliblər:

I yer – Qalib diplomu, 5000 manat pul mükafatı və gələcəkdəlayihə üzərində müəllif hüququnda iştirak etmək – Jgenti Nani.

II yer – Qalib diplomu və 3000 manat pul mükafatı – MəmmədliElçin, Ağayev Gursel.

III yer – Qalib diplomu və 1500 manat pul mükafatı – BəylərovElin, Məmmədova Fidan, Qafarov Orxan, Hətəmov Ruslan, VəliyevaLalə.

Müsabiqənin bütün iştirakçıları Azərbaycan Memarlar İttifaqıtərəfindən müvafiq sertifikatla təltif olunurlar.

Chosen
16
7
az.trend.az

10Sources