Goranboy Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib. Manset.az Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Məhərrəm Quliyevin əmri ilə Əliyev Zaur Valeh oğlu müavin təyin edilib. O icra başçısının müavini vəzifəsi ilə bərabər – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışacaq. Hazırda başçının digər Nazarov Seymur Fazil oğlu birinci müavin kimi fəaliyyət göstərir.