Koreya Respublikası və ABŞ silahlı qüvvələri martın 10-da “Azadlıq Qalxanı” adlı genişmiqyaslı birgə təlimlərə başlayıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.Bildirilir ki, təlimlərin məqsədi müttəfiqlər arasında əməkdaşlığı artırmaqdır. Təlimlərə təxminən 19 min Cənubi Koreya hərbçisi cəlb olunacaq. Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri tərəfindən əvvəlcədən bildirildiyi kimi, tərəflər 2024-cü ildəki 10-a qarşı 16 irimiqyaslı səhra təlimi planlaşdırır. Təlimlər martın 20-də başa çatacaq. Bu təlimlərin ABŞ prezidenti Donald Trampın ikinci hakimiyyəti dövründə ilk böyük təlimlər olacağı gözlənilir. "Azadlıq Qalxanı" ilə yanaşı, Koreya Respublikası və ABŞ hər il, adətən avqust ayında "Ulchi Freedom Shield" təlimlərini keçirir.KXDR Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Koreya Respublikası və ABŞ-ı Azadlıq Qalxanını saxladıqlarına görə qınayıb və manevrlərin ABŞ-ın təhlükəsizliyinə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib.