Martın 22-də Azərbaycan və Haiti futbol yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlər 2, 5 və 10 manat dəyərindədir.

Qiymətlər arasında fərq tribunadakı yerlərin əlverişliliyinə görə yaranıb: 2-ci kateqoriya, 1-ci kateqoriya və VIP.

Biletləri iticket.az satış məntəqələrindən - Bakıda Gənclik Mall, 28 Mall, 1 və 2 nömrəli köşklərdən, eləcə də 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərindən əldə etmək mümkündür. Sumqayıtda yaşayan futbol həvəskarları isə 1 saylı Regional Asan xidmət mərkəzinə baş çəkə bilərlər.

Oyun günü stadionun kassalarında da bilet satışı təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan  - Haiti qarşılaşması martın 22-də saat 21:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.