EN

Britaniya XİN Rusiyadakı diplomatlarına qarşı casusluq ittihamlarını qərəzli hesab edib

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XIN) ölkənin Rusiyadakı səfirlik əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə məşğul olması barədə Rusiya tərəfinin ittihamlarını rədd edib.

“Report” xəbər verir ki, bu barədə “Sky News” yazır.

“Bu, Rusiyanın əməkdaşlarımıza qarşı qərəzli və əsassız ittihamlar irəli sürdüyü ilk hal deyil”, – Britaniya XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti iki Britaniya diplomatını kəşfiyyat fəaliyyətində ittiham edib. Rusiya XİN tərəfindən onlara iki həftə ərzində ölkəni tərk etmək tapşırılıb.

Chosen
25
1
ictimairey.az

10Sources