EN

Azərbaycanda ən çox və ən az POS-terminalı olan regionlar

Ötən ilin sonuna iqtisadi rayonlar üzrə  POS-terminalların sayının renkinqi açıqlanıb.

Valyuta.az xəbər verir ki, POS-terminalların yerləşdirilməsi üzrə göstərici 119 min 540 olub. 2023-cü ilin sonuna qədər bu göstərici 86 min 383 idi. Nəticə olaraq, POS terminalların sayı 33 min 157 ədəd artırılıb.

Hesablamalara görə iqtisadi rayonlar üzrə ən çox POS-terminal - 73 min 42 ədəd  Bakı ərazisində yerləşdirilib. Onlardan 71 min 773-ü pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış, 70 min 610 ədəd POS terminal isə təmassız ödəniş qəbul edən olaraq hesablanıb. Bakı ərazisində 2023-cü ildə 57 min 054 POS-terminal olub ki, bu da 15 min 988 POS-terminalın artdığını göstərir.

2024-cü ilin sonuna iqtisadi rayonlar üzrə POS-terminalların yerləşdirilmə cədvəlində ən az göstəricini Şərqi Zəngəzur tutub. Belə ki, 2024-cü ilin sonuna burada 123 POS-terminal yerləşdirilib. Bunlardan 103-ü pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış, 102-si isə təmassız ödəniş qəbul edən olaraq hesablanıb. 2023-cü ilin sonuna bu rəqəm hesabatda 53 ədəd təşkil edib.

Şərqi Zəngəzur rayonu üzrə POS-terminalların sayında 70 ədəd artım olsa da, iqtisadi rayonlar üzrə ümumi hesabatda rəqəmləri üstələməyib.

Sərvanə Rəmixanova

Chosen
8
valyuta.az

1Sources