Yazını böyüt
Yazını kiçilt
Ağcabədidə faciəli hadisə baş verib.
Hafta.az axar.az-a istinadla xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.
2 yaşlı Zəfər Cəfər oğlu Qurbanzadə yaşadığı evdə qaynar su içib. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.